Dünyanın ən təhlükəli smartfonları - SİYAHI

Dünyanın ən təhlükəli smartfonları - SİYAHI
ABŞ Federal agentliyinin mütəxəssisləri ən təhlükəli smartfonların siyahısını hazırlayıb. Siyahıya 18 modeldən olan mobil cihazlar daxildir. "Anti-reytinqdə” yer alan smartfonlar ən yüksək SAR-şüalanma (insan orqanizminin bir saniyəyə elektromaqnit enerjinin udma nisbəti) göstəricisinə malikdir.

Bu haqda "Life.ru” məlumat yayıb.

"Anti-reytinqdə” birinci yerdə "Google” şirkətinin istehsal etdiyi "Pixel 3 XL” smartfonu gəlir. 

Sözügedən smartfonda elektron maqnit şüalanmanın insanın baş nayihəsinə təsiri ilə bağlı xüsusi mütənasib səviyyəsi 1,35 Vt/kq, bədənin qalan hissələrinə təsir səviyyəsi isə 1,52 Vt/kq təşkil edir (maksimal göstəriciyə əsasən).

İkinci  yerdə "Google Pixel 3” (1,34 Vt/kq), üçüncü yerdə isə "OnePlus” qaceti gəlir. 

Ardıcıl olaraq siyahıda "LG V40”, "iPhone XS Max” və "XS” smartfonları öz yerlərini tutur.  Onların SAR-şüalandırma göstəriciləri kritik səviyyədə olmasa belə, normadan kifayət qədər yüksəkdir.

"Apple”, "Google” və "Samsung”un yeni modelləri də şüalanmanın insan orqanizminə təsiri baxımından siyahıda yuxarı pillələrdə mövqe tutur./oxu.az
 

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...