Dünyanın ən təhlükəli şəhərləri hansıdır? - Fotolar
16:59 / 29.01.2019
2841
Sfera.az xəbər verir ki, "Worldatlas” saytı ən təhlükəli, riskli şəhərlərin siyahısını hazırlayıb. Meksikanın Los Kobos şəhəri siyahıya əhbərlik edir. Mafiyaların tüğyan etdiyi bu şəhərdə küçəyə çıxmaq cəsarət tələb edir.
İnsanların yolun ortasında öldürülməsi halları tez-tez görülən vəziyyətdir. İkinci yerdə Venesuelanın paytaxtı Karakasdır. Üçüncü yerdə yenə Meksikanın Akapulko şəhəridi. Ümumiyyətlə ilk otuzluqda 8 Meksika şəhərinin adı var. Ümumilikdə hər iki Amerika qitəsinin şəhərləri otuzluqda şəriksiz liderlik edirlər.