Dünyanın ən qeyri-adi xəstələri-Fotolar
13:15 / 30.12.2018
2779
Dünya çox qəribə hadisələrə şahidlik edir. Sfera.az dünyadakı ən qəribə xəstələr haqqında məlumatları sizə çatdırır.
1.1955-ci ildə doğuş üçün xəstəxanaya gedən Mərakeşli Zahra xəstəxanada doğuş eləməyə qorxur. Mərakeşli qadının qorxusu onun uşaq dünyaya gətirməsinə mane olur. Yalnız 75 yaşında ağrıların artmasından sonra həkimi müraciət edən qadın hər kəsi şoka salır. Məlum olur ki, qadın 46 ildir hamilədir. Həkimlər ana bətnindəki ölü dölü çıxardırlar.
2.Hindistanda həkimlər inanılmaz dünya rekorduna şahid olublar. Sağ tərəfinin şişdiyi üçün xəstəxanaya müraciət edən 17 yaşlı Ashique Gavai, həkimləri təəccübləndirib. 7 saatlıq əməliyyatdan sonra Gavai çənəsindən 2-3 sm uzunluğunda 232 kiçik diş çıxarılıb.
3. Ürək genişlənmə diaqnozu qoyulan Amerikalı Dana Simmonsda yeni bir ürək qoyulur, lakin gənc qadın cəsəbədəni yeni ürəyi qəbul etmir. Süni nəfəs aparatında 118 gün ürəksiz yaşayan qadın sonda yeni ürəyinə qovuşub.
4. Ürək əməliyyatı keçirtməli olan Türkiyəli 65 yaşlı Şükran Karamanın qan qrupunu müəyyən etmək mümkün deyil. Bu təbabətdə bir ilkdir.
5.27 yaşlı həkim Leonid Roqozov özü-özünü əməliyyat etməklə tarixə düşüb. Dünya tarixində özü-özünü əməliyyat edən həkim kimi düşən Leonid Roqozov "Şöhrət” ordeni ilə təltif edilib.