Maraqlı

Dünyanın ən qədim geoqlifləri aşkarlandı - Alimlər heyrətə düşdü - FOTOLAR

Dünyanın ən qədim geoqlifləri aşkarlandı - Alimlər heyrətə düşdü - FOTOLAR
Peruda dünyanın ən qədim geoqlifləri aşkarlanıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni aşkarlanan antik geoqliflər arxeoloqları da heyrətləndirib.

Peruda aşkarlanan, "Nazca rəsimləri” adlanan bu geoqliflər bölgənin daha da qədim olması haqda fikirlər söyləməyə əsas verir. Arxeoloqların aşkarladığı bu rəsmlərin 50-sində həndəsi fiqurlar təsvir edilir. Arxeoloqlar bildirir ki, bu həndəsi fiqurlardan 25-i daha əvvəllər hər hansı bir yerdə aşkarlanmayıb, hər hansı bir təsvirdə əksini tapmayıb. Bu rəsmlərdə həmçinin, insan və balina təsvirləri də yer alır. Təsvirlərin böyük əksrəiyyəti isə döyüşçüləri əks etdirir.
 
Alimlərin hesablamalarına görə, bu geoqliflər e.ə 500-cü illərlə bizim eranın 200-cü illərində çəkilib.
 
Nigar Məhərrəm
Sfera.az
 

AdRiver

XƏBƏR LENTİ