İstefaya göndərilən generalların - ADLARI

İstefaya göndərilən generalların - ADLARI

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin əmri ilə ordudan istefaya göndərilən yüksək rütbəli hərbçilərin bəzilərinin adları açıqlanıb.


BakiPost.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinə yaxın "AzeriDefence” portalı məlumat yayıb. Saytın yazdığına görə, istefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elbrus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib.

 

İstefaya göndərilən generaldan biri -  Elbrus Orucov vaxtilə Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi təyin edilib. Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra isə Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis gətirilib.

 

Bakı Post


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...