Dünyanın ən kiçik boylu insanı ölüb

Dünyanın ən kiçik boylu insanı ölüb
 

Yer üzününən kiçikboyluinsanı –Haqendra Tapa Maqar həyatının 28-ci ilində Nepaldadünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı”nınsaytındaməlumat verilib.

Məlumata görə, Maqarın dostları onun son vaxtlar ürək çatışmazlığından, astma və ağciyər iltihabından əziyyət çəkdiyini bildiriblər.16 yanvar tarixində Maqar yerli bir xəstəxanaya yerləşdirilib, ertəsi gün isə orada ölüb.
Haqendra Tapa Maqar 14 oktyabr 1992-ci ildə Nepalın Baqlunq şəhərində anadan olub. 2010-cu ildə onun boyu 67,08 sm olub, bu, Maqara planetin ən kiçik boylu adamı adını qazandırıb. İndi planetin ən kiçik insanı – Kolumbiya vətəndaşı Eduard Nino Hernandezin boyu 70,21 santimetrdir. (apa)
 

OXŞAR XƏBƏRLƏR