Dünyanın ən hündür binasının Dubayda ucaldılması planlaşdırılır

Dünyanın ən hündür binasının Dubayda ucaldılması planlaşdırılır
"Emaar Properties” inşaat şirkəti Dubayda dünyannı ən hündür binasını ucaltmaq niyyətindədir.
Oxu.Az "The Guardian”a istinadən xəbər verir ki, bina 828 metr hündürlüyü olan "Burc Xəlifə”ni geridə qoyacaq. 
"Emaar Properties” baş icraçı direktoru Məhəmməd Alabbar bəyan edib ki, layihənin dəyəri bir milyard dollara yaxın olacaq. 
O, yeni binanın yekun hündürlüyünün bir qədər sonra elan ediləcəyini bildirib. İcraçı direktor, həmçinin şirkətin Dubayın Beynəlxalq Expo sərgini qəbul etdiyi zaman, "şəhərə 2020-ci il hədiyyəsi” kimi təqdim etmək istədiyini də qeyd edib.
Layihənin dizayneri ispan-isveçrə memarı Santyaqo Kalatrava Valsdır. 
Göydələndə restoranlar, mehmanxanalar və baxış meydaçası olacaq. 
Xatırladaq ki, dünyanın ən hündür tikilisi sayılan "Bürc Xəlifə” göydələninin inşaatı 2010-cu ilin yanvarında başa çatıb. Onun hündürlüyü 828 metrdir, inşaatı 1,5 milyard dollara başa gəlib. 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...