Dünyanın ən gözəl qadınları hansı ölkədə yaşayır? - SİYAHI

Dünyanın ən gözəl qadınları hansı ölkədə yaşayır? - SİYAHI
Ən çox uğur qazanan Venesuela gözəlləridir.

Missology portalı dünyanın ən gözəl qadınlarının yaşadığı ölkələrin siyahısını hazırlayıb.

Siyahı "Dünya gözəli”, ”Kainat gözəli”, "Miss international” kimi beynəlxalq müsabiqələrdə qazanılan nəaliyyətlər əsasında hazırlanıb.

Məlum olub ki, ən çox uğur qazanan Venesuela gözəlləridir.

Misal olaraq, Mariya Velasko Qarsiya "Miss İnternational”ın qalibi, Stefani Qutyerres "Kainat gözəli”nin ikincisi olub. Onların həmvətənləri də həmçinin digər nüfuzlu beynəlxalq müsabiqələrin finallarına düşməyi bacarıblar.

Reytinq siyahısının ikincisi filippinli xanımlardır. İlk beşliyə Meksikanın, Cənubi Afrikanın və Vyetnamın nümayəndələri daxil ola bilib.AzNews

OXŞAR XƏBƏRLƏR