Texnologİya

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı - SİYAHI

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı - SİYAHI
Yaponiyanın "Lexus” avtomobil markası Amerikanın "Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib.
O, ötən ilki reytinqə başçılıq edən "Toyota”nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili "Lexus GS” olub. 
 
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib.

Siyahıda üçüncü yeri "Mazda” avtomobilləri tutub. Dördüncü yerdə "Subaru”, 5-ci yerdə isə "Kia” avtomobilləri qərarlaşıb. "Kia” ötən ilə nisbətən 2 pillə geriləyib.

Altıncı yeri "İnfiniti” avtomobili tutub. Avropanın ən yaxşı brendi "Audi” bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın "Mini” avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu "Hyundai” qapayıb.
 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031