İdman

Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI

Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI
"Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi "Forbes” jurnalının versiyasına görə, Kriştianu Ronaldonu qabaqlayaraq dünyanın ən çox qazanan futbolçusu adını qazanıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Messi 2017-ci ilin payızımda klubu ilə bağladığı yeni müqavilə ilə buna nail olub. Futbolçunun 2017-ci ilin 1 iyunundan 2018-ci ilin 31 mayadək olan gəliri 111 milyon dollar təşkil edib. Onlardan 84 milyon dolları "Barselona”nın verdiyi maaş və bonuslar, 27 milyon dollar isə reklam gəlirləridir. 

"Real Madrid” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo isə eyni dövrdə 108 milyon dollar qazanıb. Ronaldonun reklamdan gələn gəliri keçən il ilə müqayisədə 1/3 qədər artıb və 47 milyon dollar təşkil edib.

Üçüncü yeri Braziliyanın və PSJ klubunun hücumçusu Neymar (90 milyon dollar) tutur. Sonrakı yerlərdə Pol Poqba (Fransa, "Mançester Yunayted”), Luis Suares (Uruqvay, "Barselona”) Serxio Aquero (Argentina "Mançester Siti”), Anxel di Mariya (Argentina, PSJ), Kilian Mbappe (Fransa, PSJ), Tiaqu Silva (Braziliya, PSJ), Hames Rodriqes (Kolumbiya, "Bavariya”) gəlir.
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ