Dünyanın ən bahalı markaları AÇIQLANDI

Dünyanın ən bahalı markaları AÇIQLANDI
 

Dünyanın ən dəyərli markalarını araşdıran Brand Finance Global şirkəti 2020-ci il üzrə şirkətlərin reytinqini açıqlayıb. 

Sfera.az xarici mətbuata istinadla bildirir ki, texnologiya şirkətlərinin liderlik etdiyi siyahıda Amazon, Google, Apple, Microsoft və Samsung ilk pillələrdə qərarlaşıb. 

Brand Finance Global 500 indeksinə görə dünyanın ən bahalı markası 220 milyard dollarla Amazon olub. Google 160 milyard dollarla ikinci, Apple 140 milyard dollarla üçüncü, Microsoft 114 milyard dollarla dördüncü sırada yer alıb. 

Siyahının onluğunda Amerikalı şirkətlərin üstünlüyü diqqət çəkir

İlk onluqda 6 Amerikalı şirkət yer alıb. Cənubi Koreyanın texnologiya şirkəti Samsung isə siyahının beşinci pilləsində qərarlaşıb. Dünyanın aparıcı iqtisadiyyatlarından birinə sahib olan Çin isə siyahının ilk onluğunda 3 şirkət ilə təmsil olunur.

Siyahının ilk onluğu aşağıdakı kimidir:

  1. Amazon (ABŞ) - 220.791 milyard dollar
  2. Google (ABŞ) - 159.722 milyard dollar
  3. Apple (ABŞ) - 140.524 milyard dollar
  4. Microsoft (ABŞ) - 117.072 milyard dollar
  5. Samsung (Cənubi Koreya) - 94.494 milyard dollar
  6. Çin Sənaye və Kommersiya Bankı (Çin) - 80.791 milyard dollar
  7. Facebook (ABŞ) - 79.804 milyard dollar
  8. Walmart (ABŞ) - 77.520 milyard dollar
  9. Ping An Insurance (Çin) - 69.041 milyard dollar
  10. Huawei (Çin) - 65.084 milyard dollar

OXŞAR XƏBƏRLƏR