Dünyanın ən bahalı “cip”i -FOTOLAR
19:56 / 16.03.2018
4728
6 nəfər sərnişin götürə bilən "Karlmann King” avtomobili dünyanın ən bahalı "Cip”idir.
Sfera.az xəbər verir ki, "V10 Ford Triton” mühərrikli (6,8 litr) maşının qiyməti 1,85 milyon dollardır.
6 metrlik avtomobilin kuzası xüsusi materialdan hazırlanıb.
Salonunda bahalı dəri insanı valeh edir. Qoltuqaltılar və panellər bahalı taxtadandı, qızıl suyuna çəkilib.
20 dinamiki olan audiosistemdə karaoke də var. Displey, kabel televiziyası, kabel telefonu, soyuducu, şampan üçün fujerlər və sair şeylər komfort hissi yaradır.