Təhsİl

Dünyanın 9 universitetindən qəbul alan azərbaycanlı gənc- İbrahim Məmmədovun uğur hekayəsi

Dünyanın 9 universitetindən qəbul alan azərbaycanlı gənc- İbrahim Məmmədovun uğur hekayəsi
O, öz biliyi və zəkası ilə hamını təəccübləndirməyi bacarıb.
 
Söhbət  9 yaşından ailəsi ilə birlikdə ABŞ-da yaşayan azərbaycanlı gənc İbrahim Məmmədovdan gedir. O, öz savadı biliyi ilə  maraqlı bir uğura imza atıb. İbrahim Məmmədov  Harvard, Yel, Stanford, Prinston, Kolumbiya universitetləri daxil olmaqla, dünyanın doqquz aparıcı universitetinə qəbul olub.

Hələ 9 yaşında ikən Azərbaycandan köçən İbrahim məktəb təhsilinin böyük hissəsini Nyu-Yorkda, Bruklinin Texniki Litseyində alıb. İndi isə o, təhsilini Harvarda davam etməyə və Azərbaycan dilinin etnoqrafiyası haqda elmi araşdırma etməyə hazırlaşır.

Arzuladıqları universitetlərə qəbul olmaq istəyən gənclərə tövsiyəsində İbrahim onlara çox şeyləri qurban verməli olacaqlarını qeyd etdi: "Xoşladığım, sevdiyim işləri görməyə vaxt tapa bilmirdim. Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm. Bu cür çətinliklərə üzləşəndə həvəsdən düşməsinlər, oxumaqlarına davam etsinlər. Axırı yaxşı olacaq.”

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930