Dünyanın 1 nömrəli xəbərinə çevrilən GÖRÜŞ - Türkiyə tarixdə ilk dəfə dostumuz oldu - FOTO

Dünyanın 1 nömrəli xəbərinə çevrilən GÖRÜŞ - Türkiyə tarixdə ilk dəfə dostumuz oldu - FOTO
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin növbəti dəfə prezident seçildikdən sonra ilk səfərinin gerçəkləşdiyi Ankara ziyarəti dünya mediasının əsas xəbərinə çevrilib.

CNN-dən "New York Times"a kimi ABŞ mediası da Türkiyədə baş tutan bu görüşə yer verdi.

Sfera.az milli.az-a istinadən xəbər verir ki, Rusiya mediası isə "Tarixdə ilk dəfə Türkiyə bizim dostumuz oldu" fikirlərini önə çıxarıb.

HAARETZ:

İsrailin "Haaretz" qəzeti Türkiyə və Rusiya arasındakı münasibətlərin daha indiyə kimi heç olmadığı qədər gücləndiyini vurğulayaraq, ABŞ-ın Yaxın Şərqdən adətən çıxarıldığını vurğulayıb.

"Washington Post" bu görüşdə əsas diqqətini Suriyanın gələcəyi barədə müzakirələrə ayırıb.

"CNN International" isə Rusiya, İran və Türkiyənin bu cəhdlərinin Suriyadakı müharibənin sona çatmasına kömək etməyəcəyini qeyd edib.

Dünyanın ən məşhur xəbər telekanalı ABŞ-ın bölgədən çəkiləcəyi halda, Suriyadakı terrorçuların Əsəd rejimiylə razılaşmaq məcburiyyətində qala biləcəyi şərhini də edib.

TARİXİ GÖRÜŞ

Rusiya Dövlət Telekanalı "Россия 1" ziyarəti "tarixi" adlandıraraq, bunun iki ölkənin ən böyük yaxınlaşması olduğunu vurğulayıb.

PUTİNİN NÖVBƏTİ DƏFƏ PREZİDENT SEÇİLDİKDƏN SONRA İLK SƏFƏRİ

Rusiyanın NTV kanalı isə Putinin Ankara üçün "ən maraqlı ziyarətçi" olduğunu və bu ziyarətin Putinin yeni prezidentlik dönəmindəki ilk rəsmi xarici səfəri olduğunu qeyd edib.

"TARİXDƏ İLK DƏFƏ TÜRKİYƏ BİZİM DOSTUMUZ OLDU"

Məşhur rusiyalı aparıcı Kirill Keimyonov Rusiya ilə Türkiyənin yüz illərdir "Qərb istədiyi üçün" düşmən olduğunu söylədi və əlavə etdi:

"Öncə İngiltərə, sonra Almaniya və ardınca da NATO-nun "sahib"i ABŞ bu iki ölkənin düşmən olmağını istədi. Amma indi tarxidə ilk dəfə Türkiyə bizim dostumuz və bölgədə ən önəmli tərəfdaşımızdır."

Qeyd edək ki, Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş keçirilib.

Xatırladaq ki, dünən 8 nazirlə Türkiyəyə gələn Putin Ərdoğan ilə birlikdə Türkiyənin 60 illik xəyalına çevrilən Akkuyu Atom-Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

milli.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...