Dünyanı pulsuz gəzən dahi - FOTO

Dünyanı pulsuz gəzən dahi - FOTO
45 yaşının tamam olmağına bir neçə gün qalmış Kanadalı Jan Belivo bütün pullarını itirərək müflis olur. Düşdüyü uzunmüddətli depressiyadan çıxmaq üçün Jan qərara alır ki, yer kürəsini səyahət eləsin. Ancaq necə, hansı pulla ? Son anda qəti qərar verir . Piyada gəzəcəm dünyanı . 
18 avqust 2000-ci il. Jan özü ilə balaca araba, yataq dəsti və müxtəlif dərman pereparatları götürərək Kanadadan üzü Amerikaya doğru yola çıxır...
 
Amerikanı dolaşdıqdan sonra onun qəribə əhvalatını eşidən bir aviakompaniya Jana Afrikaya getmək üçün pulsuz bilet verir. Beləliklə Afrika ölkələrini gəzən kanadalı saysız hesabsız macəralar yaşaya-yaşa Avropa ölkələrinə gəlib çıxır.
Onu əhvalatını eşidən insanlar bacardıqları qədər kömək edirdilər. 
Jan başına gələnləri belə xatırlayırdı: "Afrika ölkələrində dolanmaq elə də çətin deyildi.Orada 1 dollara istədiyin qədər yemək ala bilirsən. İnsanlar mənim macəramdan xəbər tutduqca bacardıqları qədər kömək etməyə çalışırdılar. 11 il ərzində bir qəpik belə qazana bilmədim, ancaq bu 11 il məniim həyatımın ən gözəl illəri oldu. Anladım ki, həyatı gözəl yaşamaq,dünyanı görmək üçün heç də çoxlu pul lazım deyilmiş ”. 

2000-ci ilin avqustun 18-də pulsuz evdən çıxan Jan Belivo 11 il ərzində 76 min kilometr yol gedərək dünyanın 64 ölkəsini gəzərək pulsuz da geri döndü. 


OXŞAR XƏBƏRLƏR