Dünyanı heyrətləndirən azərbaycanlı mühacir qızı - Fotolar
15:26 / 24.01.2019
5536
O, Türkiyədə azərbaycanlı bir mühacirin ailəsində dünyaya göz açıb. Ancaq öz iradəsi, əzmi ilə uğurlara sahib olub. Haqqında söz açacağımız iş adamı, dünyada ən uğurlu 10 türk qadından biri olan Türkiz Göygöldür.
Sfera.az xəbər verir ki, Türkiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndələrindən biri Çingiz Göygölün qızıdır. Cümhuriyyətin 100 tələbəsindən biri Mirzə Göygölün qardaşıdır. Onun haqqında ilk dəfə dəyərli araşdırmaçı Ceyhun Nəbinin "Sovetlərlə üz-üzə" kitabında məlumat almışdım. Araçdırmaçı Ceyhun Nəbi Göygöllər ailəsinin Yusifbəylilər və Xasməmmədli ailəsi ilə qohumluq əlaqələrinə malik olduğunu yazır. "Türkiz xanımın əmisi Mirzə bəy Nəsib bəy Yusifbəylinin qızını alıb.” Bu faktı da araşdırmaçı öz kitabında qeyd edib.
Məşhur iş adamını həyat hekayəsini sizə təqdim edirik.
Azərbaycan əsilli iş qadını olan Türkiz Göygölün adını türklər yaxşı tanımalıdırlar. Çünki Türkiz Göygöl artıq bir çoxunun unutduğu və görməzdən gəldiyi bir sahə – qadının cins olaraq yaşadığı sağlamlıq problemləri, fərdi hüquqları və gələcək nəsillərin yaşayacağı problemlərlə yaxından maraqlanır.
Göygöl Hacettepe universitetində psixologiya, Havard-da isə sosial elmlər ilə bağlı təhsil almışdır. O təhsilini bitirdikdən sonra bir müddət Harvard universitetində köməkçi müəllim qismində çalışdıqdan sonra, 1980-ci illərin əvvəlində Türkiyənin Boğaziçi universitetinə gəlir.
Daha sonradan o Vehbi Koç ilə birgə "Aile Sağlığı ve Nüfus Planlaması Vakfı”-nı yaradır. Gökgöl Türkiz ABŞ-da təhsil aldığı vaxt bu ölkənin ən məşhur ailələrindən biri olan Gamble ailəsi ilə və onların sahib olduğu Panthfinder fondu ilə tanış olmuşdu. Türkiyəyə döndükdən sonra isə burada bu fondun Türkiyə şöbəsini açır. O bu fondun Asiya və Yaxın Şərq üzrə rəhbər köməkçisi olaraq hətta Vyetnam, Efiopiya kimi ölkələrdə qadın, uşaq və repreduktiv sağlamlıq məsələləri ilə yaxından tanış oldu.
Bu zaman Göygöl Türkiz-in Harvard-dan Türkiyəyə qədər olan fəaliyyət xəttini izləyən bir şəxs var idi. Bu ABŞ-ın ən varlı biznes qadını və investoru, yəni Warren Buffet-in həyat yoldaşı Suzan Baffet idi.
Suzan Buffet özü ilə bərabər "Sən bürokratiya ilə məşğul ola bilməzsən, bunun yerinə öz layihənin üzərində işlə”. Gökgölün "öz layihəsi” Türkiyə idi və o Buffet fondundan aldığı dəstəklə 1997-ci ilində Virginiada yaratdığı Willows Foundation fondunun İstanbulda Türkiyə təmsilçiliyini açdı. Bu fond bir illik 3 milyon büdcəyə sahibdir və 12 əyalətdə öz fəaliyyətini həyata keçirir.
2018-ci ildə Türkiz Göygöl Avropa Birliyi tərəfindən 55 milyon avroluq lahiyəni həyata keçirtmək təklifi alır. Bu lahiyə bütün Asiaynı və Afrikanı əhatə edir. Azərbaycanəsilli iş adamı dünyada qadın problemlərinin həlli, xəstəliklərlə mübarizə sahəsində öz cəsurluğu ilə seçilir.
Qoşqar Salmanlı