Dünyanı hansı bürclərin nümayəndələri idarə edir? - SİYAHI

Dünyanı hansı bürclərin nümayəndələri idarə edir? - SİYAHI
Bürclərin insanların xarakterinə təsiri hamının maraq obyektində olan məsələdir. Maraqlıdır, dünya liderlərinin bürcləri onlara nə qədər təsir edir?
 
Sfera.az məşhur ölkə rəhbərlərinin bürclərini təqdim edir:

Almaniya Kansleri Angela Merkel – 17 iyul, 1954-cü ildə Hamburqda doğulan lider, xərçəng bürcündəndir Bu bürcün qadınları dürüst və yaxşı niyyətli olmaqları ilə bilinir. Romantik və macəraya düşkün olduqlarını demək də mümkündür. Xərçəng qadınları adətlərinə və rutinlərinə çox bağlı olurlar. Onların gizliliyi sevmələri və tənqidə açıq olmamaları isə mənfi xüsusiyyətlərindən sayılır

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan – 26 fevral, 1954-cü ildə anadan olub və balıq bürcünün nümayəndəsidir. Balıqlar hamı ilə asanlıqla anlaşa bilmirlər. Hadisələrə emosional yanaşırlar. Ədəbiyyata, poeziyaya böyük maraq göstərirlər. Ərdoğanın da ədəbiyyatla maraqlandığı və şeir oxumağı çox sevdiyi məlumdur.

ABŞ-ın sabiq prezidenti Donald Tramp - 14 iyun, 1946-cı ildə doğulan iş adamı əkizlər bürcüdür. Dəyişkən olan əkizlər kişisini anlamaq çox vaxt çətin ola bilər. Onlar idarə edilməkdən daha çox, rəhbərlik etməyi xoşlayırlar. Məhdudiyyətlərdən və əmr almaqdan nifrət edirlər. İkili xarakter və fikirlərindən asanlıqla daşınmaları da onları fərqləndirən xüsusiyyətlərdəndir. 

Rusiya prezidenti Vladimir Putin - 7 oktyabr, 1952-ci ildə anadan olub, tərəzi bürcüdür. Son dərəcə sakit, balanslı tərəzilər sənətə və idmana düşkündürlər. Tərəzi bürcü olaraq Vladimir Putin də raftinq, boks, üzgüçülük, boulinq, xokkey kimi bir çox idman növü ilə məşğul olur.
 
Şimalı Koreya lideri Kim Çen İn - 8 yanvar, 1983-cü ildə anadan olan lider, oğlaq bürcünün təsiri altındadır. Oğlaq son dərəcə sərt ola bilər. Nəzarət etməyi sevdiyi üçün ətrafındakı digər insanların həyatına müdaxilə edir. Onun dediyi və etdiyi hər şey doğrudur, heç vaxt sorğu-sual oluna bilməz. Qardaşını ona xəyanət etdiyi üçün itlərə yedizdirən Kim Çen İn də  "Bu qətiyyətli hərəkət ölkənin birliyini gücləndirdi" deyərək qərarlarına nə qədər sadiq olduğunu göstərmişdi.

İngiltərə kraliçası II Yelizaveta – 21 aprel, 1926-cı il təvəllüdlüdür, buğa bürcünün nümayəndəsidir. Bu bürcün qadınları adətən sakit görünsə də, emosional olurlar. Sənətlə maraqlanırlar. Tapşırıqları yerinə yetirmək qabiliyyətləri böyükdür, amma inadkardırlar. Gözəlliyə və yuxuya son dərəcə həvəslidirlər. Kraliçanın geyim tərzi də bunu təsdiqləyir.

Fransa Prezidenti Emmanuel Makron – 21 dekabr, 1977-ci ildə oxatan bürcü altında doğulub. Oxatan kişiləri aşiq olduqları zaman son dərəcə cazibədar olurlar. Maraqlı sevgi sərgüzəştlərindən xoşları gəlir. Makronun da həyat yoldaşı ilə sevgi hekayəsi hamıya bəllidir.

İtaliyanın baş naziri Cüzeppe Konte - 8 avqust, 1964-cü ildə anadan olub və şir bürcünün nümayəndəsidir. Kifayət qədər özünə güvənən, qürurlu və özünü nümayiş etdirməyi sevən şir bürcü liderlik etməyi xoşlayır. Onlar olduqca sabit və inadkar ola bilərlər.

İspaniyanın Baş naziri Pedro Sançes - 29 fevral, 1972-ci ildə İspaniyada anadan olan Pedro Sabçes balıqlar bürcündəndir. Balıq kişiləri tez təsirlənən, həssasdırlar. Onlar hadisələrə emosional reaksiya verdikləri üçün arzuolunmaz nəticələr baş verdikdə məhv ola bilirlər.
 
Finlandiyanın Baş naziri Sanna Marin – 16 noyabr 1985-ci ildə Helsinkidə dünyaya göz açıb, əqrəb qadınıdır. Bu bürcün insanları mübarizədən imtina etməyən iddialı şəxslərdir. Keyfiyyətli həyat tərzini sevirlər. Sanna Marinin də vəzifəsinə gələnə qədər keçdiyi proseslər onun nə qədər mübariz olduğunu göstərir.

Kanada Baş naziri Castin Trüdo - 25 dekabr, 1971-ci ildə anadan olub və oğlaq bürcüdür. Oğlaqlar son dərəcə inadkar və məqsədlərinə çatmaqda qərarlı olurlar. Onlar qərar verərkən sərt və öz mənafelərini düşünmələri ilə tanınır. Trüdonun da qərarlar qəbul edərkən nə qədər dəqiq olduğunu Kanadanın idarəetmə siyasətindən anlamaq mümkündür.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...