“Dünyagöz” Xəstəxanasından iddialara cavab – QARŞI TƏRƏF

“Dünyagöz” Xəstəxanasından iddialara cavab – QARŞI TƏRƏF

Saytımızda dərc olunmuş "Dünyagöz” Xəstəxanasından şikayət var:” sərlövhəli yazıya qarşı tərəfin reaksiyası gəlib.


Adıçəkilən xəstəxananın direktor müavini Mahmut Hazıroğlun tərəfindən Sfera.az-ın elektron ünvanına göndərilmiş həmin cavab yazısını diqqətinizə təqdim edirik.


***


06 mart 2020-ci il tarixdə sfera.az xəbər portalında "Dünyagöz” Xəstəxanasından şikayət var:” sərlövhəli yazınızla əlaqədar ilk növbədə bildirmək istəyirik ki, yoxlanılmamış, sensasiya xarakterli yazıları internet resurslarında yerləşdirilməsinə təəssüf edirik. Bu cür yazılar "Dünya Göz” klinikasının işgüzar nüfuzuna mənfi təsir göstərir. Yazınıza cavab olaraq aşağıdakıları məlumat üçün Sizə bildiririk və ümid edirik ki, ədalət naminə cavabımızı da səhifənizdə yerləşdirərək işgüzar nüfuzumuzun zərər çəkməsinin qarşısını alacaqsınız.

Vətəndaş Əli Bağırzadə "Çağrı mərkəzi” vasitəsilə 03 mart 2020-ci il tarixdə "Dünya Göz” Klinikasına müayinəyə gəlmişdir. Vətəndaş bundan öncə digər xəstəxanada PRK üsulu ilə əməliyyat olmuşdur. Klinikada pasiyentin görmə qabiliyyəti və göz təzyiqi yoxlanılmış, göz arxası müayinə olunmuşdur. Göz yaşı quruluğunun təsbit etmək üçün "schirmer testi” həyata keçirilmiş və nəticədə pasiyentə cərrahi yolla müalicə tövsiyə edilmişdir. Bundan əlavə pasiyentə dərman resepti tərtib edilərək təqdim edilmişdir. Klinikada əməliyyatla bağlı qiymətlər və həmin qiymətlərə tətbiq edilən endirimlər barədə məlumat verilmişdir.

Nəzərinizə çatdırırıq ki, dünyanın heç bir yerində həkim müraciət edən şəxsin- pasiyentin sözlərinə əsasən diaqnoz qoymur və ya müalicə yazmır. Göz yaşı quruluğu şikayəti ilə müraciət edən xəstə üçün də həkim tərəfindən "schirmer testi” edilərək vəziyyətin qiymətləndirməsi və müalicəsini müəyyən etməsi olduqca təbiidir.

Bundan əlavə, müraciət edən hər bir şəxsə müayinənin dəyəri barədə məlumat belə müayinə başlamadan öncə məlumat verilir və pasiyent razılıq verdikdən sonra müayinə edilir. Öz seçimi və razılığı əsasında müayinə edildikdən pasiyentin şikayət etməsi həmin pasiyentin obyektiv olmadığını sübut edir.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...