Dünyada yalnız onda, kraliçada sürücülük vəsiqəsi yoxdur - FOTOLAR

Dünyada yalnız onda, kraliçada sürücülük vəsiqəsi yoxdur - FOTOLAR
II Elizabeth yaşına baxmayaraq,  qeyri-rəsmi səyahətlər zamanı avtomobilini özü sürür.
 
Yanvarın ortalarında yoldan magistral yola çıxarkən Land Rover markalı avtomobil KIA markalı yüngül avtomobillə toqquşub. Sərnişinlər və sürücülər bu hadisədən kiçik zədələr və yüngülvari qorxu yaşamaqla çıxıblar.
 
Land Rover-in sükanının arxasında Britaniya kraliçasının həyat yoldaşı, Edinburgh şahzadəsi Philip olub.
Hadisənin digər maraqlı cəhəti şahzadə Philip-in 97 yaşında olmasıdır, bu yaşda isə əksəriyyət sükan arxasına oturmur.
 
Görəsən, Edinburgh şahzadəsi avtomobili niyə özü sürürdü?
 
İş ondadır ki, Windsor-lar ailəsinin ən görkəmli üzvləri üçün maşın sürmək normal həyata işarə mənası daşıyır.
 
Kral ailəsinə yaxın olanlara inansaq, şahzadə Philip sürətlə maşın sürməyi həmişə xoşlayıb.
 
Şahzadə Philip maşın sürməyi sevir. İki il əvvəl o, Barack və Michelle Obamaları və kraliçanı Windsor parkı ərazisində avtomobildə özü gəzdirib.
Şahzadənin dostu və bioqrafı Giles Brendrett bu haqda  danışıb ki, şahzadə Philip yaxşı sürməyi bacarır, lakin bunu çox böyük sürətlə edir.
"Bir dəfə Philipin əmisi, lord Mountbathen kraliça ilə şahzadənin sürdüyü maşına oturublar.Philip maşını elə sürətlə sürürdü ki, kraliça dəhşətdən qışqırırdı.”
 
Arvadının növbəti qışqırığından sonra Philip kraliçaya deyib ki, "Bir də qışqırsan, maşından düşürəcəyəm".
 
Bundan sonra kraliça bir daha qışqırmayıb. Yüksək sürətlə keçən avtomobil səyahəti başa çatandan sonra Mountbathen kraliçadan soruşub: "Ona niyə yavaş sürməyi əmr etmədin. Axı sən kraliçasan?"
 
II Elizabeth-in buna cavabı belı olub: "Eşitmədin, nə dedi?"
 
Görünür, şahzadə Philip maşın sürməyi dayandırmalı olacaq.
 
Ola bilsin ki, baş vermiş qəzadan sonra Philip nəhayət anlayacaq ki, təkbaşına maşın sürməyi tərgitmək vaxtı artıq çatıb.
Giles Brendrett hesab edir ki, bu, şahzadə üçün ağır qərar olacaq, lakin o praqmatik şəxs olduğundan bunu başa düşəcək.
Və çox güman ki, bunu ona arvadı, sığorta şirkətləri və Norfolk qraflığının polisi məsləhət görəcəklər.
Sürücülük vəsiqəsi olmayan sürücü
 
Kraliça II Elizabeth Birləşmiş Krallığın yeganə vətəndaşıdır ki, avtomobilini sürücü vəsiqəsi olmadan sürə bilər.
Kraliça maşın sürməyi İkinci Dünya Müharibəsi illərində öyrənib.
 
Maşın sürməyi o hələ İkinci Dünya Müharibəsi illərində qadın köməkçi ərazi korpusunda xidmət etdiyi vaxt öyrənib.
 
Kraliça indiyək də Şotlandiyada krallığa məxsus ərazilərə səyahət edərkən öz Range Rover avtomobilini özü sürür.
 
Aydındır ki, rəsmi tədbirlərə də kraliçanın öz maşınını sürə-sürə gəlməsindən söhbət getmir.
 
Kral ailəsinin istənilən üzvünün sükan arxasına oturmağına heç bir ehtiyac yoxdur: onalrı hara istəyirlər sürücü gətirər-aparar.
 
Lakin, buna baxmayaraq, onların çoxu "sürmək" fürsəti yaranan kimi bundan istifadə edirlər.
 
Keçən ilin noyabrında Charles 70 illik yübileyini qeyd edəndə, onun iki oğlu öz arvadlarını ailəvi nahara özləri sürüb gətirdilər.
 
Müsahibələrindən birində şahzadə Harry-nin rəsmi bioqrafı Duncan Larcombe deyib ki, William, Harry və Cambridge hersoginyası Kate-in maşın sürməyi onların qeyri-adi həyat tərzinə bir qədər "normallıq" əlavə edir.
 
"Onlar adi həyat tərzi sürməyə, imkan olanda maşın sürməyə və müstəqil olmağa çalışırlar, bu, onları xoşhal edir", - o "Town & Country" jurnalına bildirib.
 
Lakin kral ailə üzvünün maşının arxa oturacağına nəzər salınsa, "normallıq" dərhal yoxa çıxır.
Çünki orada həmişə təhlükəsizlik xidmətinin zabiti oturur.
 
Bundan əlavə, kral avtomobilini hələ silahlı mühafizəçilər oturmuş iki avtomobil də müşayiət edəcək.
 
Deyilənə görə, şahzadə Harry sol tərəfli yol hərəkətinə öyrəşməyə özü kömək edib.
 
Amerikalı aktrisa Meghan Markle şahzadə Harryyə ərə gendəndən sonra Sussex hersoginyasına çevrildi.
 
Bundan sonra o, sürücülük vərdişlərini də dəyişməli oldu, çünki Britaniyada yol həkəti sol tərəfli, ABŞ-da isə sağ tərəflidir.
Deyilənə görə, yeni qaydalara öyrəşməyə Meghana şahzadə Harry özü kömək edib.
 
Megan özü maşın sürmək arzusuna düşsə, Britaniyada sürücülük vəsiqəsi almaq üçün imtahan verməli olacaq.
 
Rəsmi tədbirlərə kraliçanı sürcüsü aparır.
 
Kral etiketi qaydaları üzrə ekspert William Henson deyir ki, kral ailəsi üzvünün avtomobilinin sükanının arxasında kimin oturması keçirilən tədbirin məramından və məqsədindən asılıdır.
 
Rəsmi tədbirlərə və qəbullara kral ailəsinin üzvünü sürücü çatdırmalıdır. Özəl tədbirlərə və məclislərə yollananda isə avtomobili kral ailəsinin üzvü özü də sürə bilər, amma arxa oturacaqda mühafizəçi olmaq şərtilə.bbc










OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...