Dünyada niyə cəmi 4 rəng pasport var?

Dünyada niyə cəmi 4 rəng pasport var?
Bildiyiniz kimi, dünyada 210 ölkə var. Maraqlıdır ki, ölkə sayı kifayət qədər çox olsa da, dünyada pasportlar hazırlanarkən cəmi 4 rəngin (qırmızı, yaşıl, göy, qara) çalarlarından istifadə edilir? Bəs buna səbəb nədir? Ölkələr pasportun rənginə hansı nüansları nəzərə alaraq qərar verir?

Sfera. az bu suallara cavab tapmağa çalışıb. 

Bu barədə "Business Insider"da yayımlanmış məqalədə bildirilir ki, pasportların 4 rəngdə olmasının iki əsas səbəbi var. Bunlardan birincisi ölkənin coğrafi mövqeyi, ikincisi isə siyasi tarixidir. Belə ki, Avropa Birliyi ölkələri qırmızının çalarlarından olan zoğalı rəngdə pasport verir. Afrika ölkələri isə göyün çalarlarına üstünlük verirlər. Həmçinin, keçmişində kommunizm izi olan ölkələr qırmızı rəngi seçir, yeni dünyanı təmsil edən Cənubi və Şimali Amerika ölkələri isə göy rəngi. Bəzi ölkələrin pasport rənginin seçilməsində isə din əsas rol oynayır. Məsələn, islam ölkələrində pasportlar yaşılın müxtəlif çalarlarında ola bilər. 

Məqalədə Türkiyənin bu yaxınlarda pasport rəngini dəyişməsi (zoğalı rəngə keçid edilib) də şərh edilib. Türkiyənin bu addımının Avropa Birliyinə qəbul edilməyə hesablandığı bildirilib. 

Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR