Dünya

Dünyada hələ də "Hitler təqadü" alanlar var

Dünyada hələ də
Belçika parlamentinə təqdim edilən sənədə görə, Belçika və Britaniyada onlarla adam vaxtilə Almaniyadan nasistlərlə gizli əməkdaşlıq etdiklərinə görə təqaüd alırlar.
 
Sfera.az "euronews.com"a istinadən xəbər verir ki, hökumət həmin adamların kimliyini bilmir. Onlar ancaq adı çəkilən ölkələrdəki Almaniya səfirliyinə məlumdur.
 
Təqribən 30 belçikalı bu təqaüdü alır. Britaniyada nə qədər adamın olduğu isə bilinmir. Təqaüd alanlar nasist Almaniyasına loyal olanlar və SS birliklərinə könüllü yazılanlar daxildir. Onların bir çoxu müharibədən sonra ifşa olunaraq yerli məhkəmələr tərəfindən mühakimə ediliblər.
 
Belçikada bir qrup deputat hökumət qarşısında məsələ qaldırıb ki, alman həmkarları həmin adamların problemini həll etsin. Təklif yekdilliklə qəbul edilib. Məlumata görə, keçmiş nasist əməkdaşları 435 avrodan 1275 avroya qədər təqaüd alırlar.

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031