
Texnologİya
İki avtomobil nəhəngi birləşir
13.12.2019, 14:50
1021
Sfera.az xəbər verir ki, qatar Aşağı Saksoniya əyalətinin Bremerferd, Kukshafen, Bremerhafen, Bukstexud şəhərləri marşrutu üzrə hərəkət edib. Qatarın sürəti saatda 140 km-ə çatıb. Yanacaq isə 1000 km məsafə üçün kifayət edir. Qatarın damında hidrogen yanacağı və yanacaq elementi daşıyan sistern quraşdırılıb. Sistern hidrogenin enerjisini qatarın hərəkət etməsi üçün lazım olan elektrik cərəyanına çevirir.
Bu yanacaqla hərəkət edən qatarlar atmosferə ziyanlı tullantılar atmır və demək olar ki, səssiz hərəkət edir. Qatarın konstruktoru Fransanın "Alstom” şirkətidir.
2021-ci ildən etibarən Bukstehud–Kukshafen marşrutu üzrə 14 belə qatarın hərəkət etməsi gözlənilir.
Rəsul
Sfera.az