Dünyada bir ilk: donvurmadan tam müalicə üçün cihaz ixtira olunub

Dünyada bir ilk: donvurmadan tam müalicə üçün cihaz ixtira olunub
Rusiyanın Tomsk dövlət Universitetinin alimləri donvurmanın müalicəsi üçün  dünyada analoqu olmayan cihaz ixtira ediblər. Bu barədə RF Elm və Təhsil Nazirliyi bəyan edib.

Qeyd edək ki, Rusiyanın şimalında donvurma bütün travmatik halların 10-15 faizini təşkil edir. Bunun müalicəsi 2 ay və daha artıq çəkə bilər. Müalicə isə yanıq xəsarətindən 2 dəfə baha başa gəlir. Donvurma 90 faiz hallarda əlilliklə nəticələnir.

Donvurmada adətən ətraflar intensiv qızdırılır. Nəticədə dərinin temperaturu yüksəlir, ona ən yaxın damarlar isə donmuş vəziyyətdə qalır, nəticədə onlar qırılır. Rusiyalı alimlər donvurmanı yüngül mikrodalğalarla müalicəni təklif edirlər. Bu isə  donmuş ətrafı nəinki xaricdən, həm də daxildən  isitməyə imkan verəcək.

Bundan əvvəl cihaz heyvanlar üzərində yoxlanılıb – artıq 4-cü gün  təcrübə dovşanlarının donmuş ətraflarının funksiyası bərpa olunub.

Bildirilir ki, donmuş ətraf  tədricən isidilir: «Seans azı yarım saat çəkir. 1-2 seans kifayət etməlidir», - deyə layihə rəhbəri bəyan edib. faktxeber


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...