Dünyaca məşhur şirkət Qusarda 125 hektar torpaq aldı

Dünyaca məşhur şirkət Qusarda 125 hektar torpaq aldı

Avstriyanın dünyaca məşhur qənnadı məhsulları istehsalçısı olan "Manner” şirkəti Azərbaycanın Qusar rayonunda 125 hektar ərazi alıb.

"Qafqazinfo” "Die Presse” informasiya agentliyinə istinadən xəbər verir ki, şirkət orada fındıq yetişdirəcək.

Məlumata əsasən, "Manner” fındıq yetişdirməsi üçün bir neçə ölkəni nəzərdən keçirsə də, son qərarı Azərbaycan olub. Bu məqsədlə artıq "Manner Azərbaycan” MMC də yaradılıb.

Qeyd edək ki, sözügedən şirkətə "Manner”, "Casali”, "Victor Schmidt”, "Ildefonso” və "Napoli” kimi qənnadı brendləri məxsusdur.


OXŞAR XƏBƏRLƏR