Rusiyadan xəbərdarlıq: Avqustun 15-də təxribat olacaq

Rusiyadan xəbərdarlıq: <span style="color:#ff0000">Avqustun</span> <span style="color:#ff0000">15-də</span> <span style="color:#ff0000">təxribat</span> <span style="color:#ff0000">olacaq</span>
Kateqoriya məlum deyil13.08.25, 03:522179 👁️
T

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında keçiriləcək danışıqları pozmaq məqsədilə mümkün təxribat hazırlığı barədə məlumatları şərh edib. 

 

Sfera.az xəbər verir ki, onun sözlərini “İzvestiya” Teleqram kanalında yayıb.

 

“Bu, artıq onların cinayət imzasına çevrilib”, – deyə Zaxarova bildirib.

 

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində sıx məskunlaşan yaşayış massivinə və ya xəstəxanaya pilotsuz uçuş aparatları və raketlərlə zərbə endirməyi planlaşdırıb.

 

Nazirliyin iddiasına görə, bu hücum Rusiya-Amerika danışıqlarının başlanmasına saatlar qalmış həyata keçirilə bilər.

 

Putin və Trampın görüşü avqustun 15-də Alyaskada baş tutacaq. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik də əvvəllər Kiyev və Avropa İttifaqının danışıqları pozmaq üçün təxribat törədə biləcəyini istisna etməmişdi. (Globalinfo.az)

PAYLAŞ
Sehliyali
Yüklənir...