Dünya ulduzlarının meneceri qazdığı qəbirə düşüb öldü

Dünya ulduzlarının meneceri qazdığı qəbirə düşüb öldü
Rollinq Stones, Bob Dilan, Piter Frampton kimi dünyaca tanınmış şəxslərin meneceri olan Mik Bricden faciəvi şəkildə dünyasını dəyişib.
 
Sfera.az bildirir ki, Bricdenin ölən itinə qazdığı qəbir onun sonu olub. Belə ki, 73 yaşlı menecerin Santa Rozadakı evinin həyətində qazdığı məzar qəfildən çöküb və o, içinə düşərək vəfat edib. 

Onun ölümü sənət aləmini də sarsıdıb. Amerikalı gitarist Co Satriani menecerin fotosunu paylaşaraq "Mik vicdanlı, çalışqan və anlayışlı biri idi", - deyə əlavə edib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR