Maraqlı

Dünya tarixinin ən böyük dəfinəsi tapıldı - 18 milyard dollar

Dünya tarixinin ən böyük dəfinəsi tapıldı - 18 milyard dollar
Üç əsr müddətində okeanın dibində qalan, İspaniya donanmasına məxsus, xəzinələrlə dolu "San Joze” gəmisinin qəzaya uğradığı yer tapılıb.
 
Sfera.az xəbər verir ki, ekspertlərin fikrinə görə, günümüzün məzənnəsi ilə gəmidəki qızıl və qiymətli metalların dəyəri 4 – 18 milyard dollar arasında dəyişir. Karib dənizində ingilis donanması tərəfindən batırılan gəminin toplarında delfin döymələrini tədqiq edən mütəxəssislər qəzaya uğramış gəminin "San Joze” olduğunu təsdiqləyiblər. Batmış gəmi ilk dəfə 2015-ci ildə aşkarlanmışdı. 

1708-ci ildə batırılan gəmi Amerika qitəsinin xəzinələrini Avropaya daşıyırdı. O vaxtlar Perudan çıxarılan qızıl, gümüş və zümrüdləri daşıyan gəmidəki xəzinənin böyüklüyü isə REMUS 6000 sualtı aparatının çəkdiyi video ilə müəyyən edilib.

Tarixdən "San Joze”nin 62 topunun olduğu məlumdur. Lakin buna baxmayaraq, ingilis donanması ilə bacara bilməyən gəmi batırılıb. Gəmi batırılmasaydı, bu gün milyardlarla dollar dəyərindəki xəzinə ingilislərlə aparılan müharibədə İspaniyaya maliyyə yardımı kimi qayıdacaqdı. 

Gəminin batırılmasına gətirib çıxan hadisə isə İspaniya hərbi gəmilərinin köməyinin gecikməsi üzündən vaxt itirmək istəməyən Admiral Joze Fernandesin risk alaraq ölkəsinə qayıtmaq qərarı olub. Yolda 4 ingilis gəmisi tərəfindən mühasirəyə alınan "San Joze” 500 nəfərlik ekipajı ilə yanaraq batıb. 

O gündən bəri xəzinə ovçuları və arxeoloqlar tərəfindən axtarılan gəmi dənizin 600 metr dərinliyində aşkarlanıb.
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ