Dünya neft bazarlarında Brent ucuzlaşıb
13:00 / 23.03.2020
6032
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 2,37% azalaraq 1 barelə görə 26,37 dollar təşkil edib.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,41% artaraq 22,95 dollar təşkil edib.