Dünya Kuboku Bakıya gətiriləcək

Dünya Kuboku Bakıya gətiriləcək
 "Coca-Cola” və AFFA  FIFA Dünya çempionatının kubokunu Azərbaycana gətirəcək.

AFFA-dan Sfera.az-a verilən məlumata görə, Coca-Cola şirkəti FİFA Dünya Çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə görsətmək üçün fevral ayının 9-da kuboku Bakıya gətirəcək.

FIFA Dünya Çempionatı kubokunun Azərbaycana səfəri "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

FIFA Dünya Çempionatının kubokunun turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 000 km keçərək yolunu futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq

FIFA Dünya Kuboku 9 fevral 2018-ci il tarixində Heydər Əliyəv Beynəlxalq Aeroportuna gətiriləcək. Sonra mükafat "Gənclik Mall” ticarət mərkəzinə gətiriləcək ki, burada şəhərin sakinləri və qonaqları Dünya Çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər
 
FIFA Dünya Çempionatı Kubokunun Turunu şərh edən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: "Dünya kubokunu yaxından görmək, yəqin ki, istənilən futbol azarkeşinin ən böyük arzularından biridir. "Coca-Cola” şirkəti və FİFA kubokun dünya turunu təşkil etməklə dünyanın müxtəlif ölkələrindəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliğı və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Biz çox şadıq ki, "Coca-Cola” şirkəti ilə AFFA arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlıq mövcuddur və inanırıq ki, birgə həyata keçirəcəyimiz layihələr hər zaman uğur qazanacaq”.

OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...