Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir? - SİYAHI - FOTO

Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir? - SİYAHI - FOTO
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Vladimir Putin mobil telefondan istifadə etmir. Bunu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər.

Sfera.az ölkə.az-a istinadən müasir mobil telefonlardan istifadə edən dünya dövlətləri başçılarının siyahısını təqdim edir.

ABŞ prezidenti

Prezidenti kimi fəaliyyətə başlamadan əvvəl Donald Tramp "Samsung Galaxy S3" mobil telefonundan istifadə edib. Prezident seçildikdən sonra təhlükəsizlik məsələsinə görə telefonundan imtina etdi. Hazırda Trampın hansı model mobil telefondan istifadə etdiyi dəqiq bilinmir. Ehtimal edilir ki, onun üçün "Apple" şirkəti tərəfindən xüsusi smartfon istehsal edilib. Bu mobil teelfonun xüsusi özəllikləri var.

Fransa prezidenti

Emmanuel Makrona qədər digər prezidentlərin danışıqlarının dinləndiyi barədə məlumat mətbuata sızdıqdan sonra, bütün mobil telefon danışıqları Fransa  xüsusi xidmət orqanlarının nəzarəti altına keçib. Vacib danışıqlar üçün Makron "Thales" şirkətinin istehsalı olan smartfondan istifadə edir. Onun "Teorem" adlı mobil telefonu xüsusi qorunan rejimdə şifrəli işləyir. Məişət və adi danışıqlar üçün isə Fransa prezidentinin "Samsung" və "Apple" markalarına aid, xüsusi mühafizə sistemi olan mobil telefonları var.

Şimali Koreya lideri

Kim Çen İnin texnologiyadan xoşu gəldiyi bilinir. Şimali Koreya liderinin masasında naməlum markaya məxsus mobil teelfon var. Bəzi məlumatlara əsasən, Tayvanın "HTC" şirkəti Kim Çen İn üçün xüsusi smartfon istehsal edib.

Almaniyanın baş naziri

"BlackBerry" şirkəti dinlənməyə qarşı ən yaxşı istehsalçı sayılır. Angela Merkel də "Blackberry Z10" mobil telefonun sahibidir. Bu smartfonun ən əsas özəlliyi "Secusmart" kriptoçipidir. Almaniyanın kanslerinin arsenalından bundan başqa "Blackberry Q10" və "Nokia 6260" mobil telefonları da var.

Britaniyanın baş naziri

Bu yaxınlara qədər Tereza Mey "Blackberry" mobil telefonundan istifadə edib. Şirkətin satışları aşağı düşdükdən sonra baş nazir "iPhone" modelinə keçid etdi. Təbii ki, Terezanın smartfonunun xüsusi mühafizə sistemi var.

OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...