Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal olub - FOTO

Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal olub - FOTO
 

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.

APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidovla görüşdən sonra hakimlərin qərarı ilə razılaşmayıb.

Təsnifat mərhələsinin bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən 2 xalla qiymətləndirilib. Lakin rəqibin etirazından sonra bu xallar silinib və rusiyalı 4:2 hesabı ilə qalib gəlib.

 

Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində mübarizəni davam etdirmək istəməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.

O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi rusiyalı tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını isbatlamağa çalışıb. O, hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə "qırmız” göstərib və yerə çırpıb.

Qeyd edək ki, H.Əliyev 2017-ci ildə dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanıb.


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...