Dünya çempionatında cüdoçularımızın rəqibləri məlum oldu

Dünya çempionatında cüdoçularımızın rəqibləri məlum oldu
Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

Azərbaycan Cüdo Federasiyasından Sfera.az-a verilən məlumata görə, püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dünya və qitə cüdo təşkilatlarının rəsmiləri, milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 7 qadın və 8 kişi idmançısının ilk rəqibləri müəyyənləşib.

Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı Marina Çernyak, Leyla Əliyeva portuqaliyalı Katerina Kosta, 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva mozambikli Jaciro Ferreyra, Larisa Aleksandra Florian isə Honq-Konq cüdoçusu Şuk Ki Çui, 57 kiloqram çəkidə İçinxorloo Munxtsedev panamalı Miryam Roper, 70 kiloqram çəkidə Günel Həsənli avstraliyalı Ayfe Couglan, 78 kiloqramdan yuxarı çəkidə İrina Kindzerska Sara Adlinqton (Böyük Britaniya) - Tessi Savelkous (Hollandiya) cütünün qalibi ilə mübarizə aparacaq.

Kişilər arasında 60 kiloqram çəkidə Davud Məmmədsoy Tornik Çjakodea (Hollandiya), 66 kiloqram çəkidə Nicat Şıxəlizadə veytnamlı Quoc Xuan, 73 kiloqram çəkidə Rüstəm Orucov Vadzim Şoka (Belarus) - Nuno Sarayova (Portuqaliya) cütünün qalibi, Hidayət Heydərov Conq Tan (Vyetnam) - Friqyes Zabo (Macarıstan) cütünün qalibi, 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Davis Duda (Latviya) - Peter Zilka (Çexiya) cütünün qalibi, 100 kiloqram çəkidə Elmar Qasımov belarus Daniel Mukete, Zelim Kotsoyev braziliyall Leonardo Qonsalves, 100 kiloqramdan yuxarı çəkidə Uşangi Kokauri avstriyalı Stefan Hegyi ilə güclərini sınayacaq.

Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək. Millimiz Portuqaliya cüdoçuları ilə yarışacaq.

OXŞAR XƏBƏRLƏR

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...