İdman

Dünya çempionatında 16 cüdoçuyla təmsil olunacağıq

Dünya çempionatında 16 cüdoçuyla təmsil olunacağıq

Cüdo üzrə Azərbaycan milli komandasının avqustun 25-də Yaponiyanın paytaxtı Tokioda start götürəcək dünya çempionatı üçün heyəti müəyyənləşib.

Unikal.org  Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına əsasən, yığma sentyabrın 1-dək davam edəcək mundialda 9 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq. Kişilərin yarışında Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) iştirak edəcək.

Qadınlarda isə Əliyeva Leyla, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Larisa-Aleksandra Florian (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev (57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerskaya (+78 kq) qüvvəsini sınayacaq.

Mundialın mükafat fondu 800 min dollar təşkil edir. Qızıl medal qazanacaq cüdoçulara 20800 dollar, onların məşqçilərinə isə 5200 dollar veriləcək. İkinci yerin sahibləri 12000 dollar, məşqçiləri isə 3000 dollar qazancaqlar. Bürünc mükafatçılara 6400 dollar, onların məşqçilərinə isə 1600 dollar ödəniləcək.

Qeyd edək ki, dünya çempionatında ümumilikdə 151 ölkədən 898 idmançının - 543 kişi və 355 qadın cüdoçunun mübarizə aparacağı gözlənilir. 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031