Dünya çempionatına qatılan ilk komanda bəlli oldu

Dünya çempionatına qatılan ilk komanda bəlli oldu

"H" qrupunda keçirilən qarşılaşmada Yunanıstanı məğlub edən Belçika yığması 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya çempionatına qatılmağı təmin edən ilk komanda olub.

Səfərdə yunanlara 2-1 qalib gələn Belçika millisi xallarının sayını 22-yə yüksəldib və ikinci yerdəki Bosniyanı 8 xal qabaqlayıb.

Belçikalılar bununla da qalan iki oyunun nəticəsindən asılı olmayaraq DÇ-yə qatılmağı təmin ediblər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR