İdman

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinalda uduzub

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinalda uduzub

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Elis Manolova yarımfinal görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı rusiyalı İnna Trajukova ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə başa çatıb - 4:2.


12:25***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Elis Manolova 1/4 final görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan təcrübəli idmançının rəqibi türkiyəli Kadriye Aksoy olub. 

Görüşü vaxtından əvvəl qələbə ilə başa vuran Manolova yarımfinala yüksəlib - 5:0. O, yarımfinalda rusiyalı  İnna Trajukova ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 14:45-də başlayacaq.


12:14***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Tatyana Omelçenko 1/4 final görüşünü keçirib.  "Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan idmançının rəqibi kanadalı Linda Morais olub. Görüş Moraisin qələbəsi ilə yekunlaşıb - 6:4.


11:50***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Elis Manolova ilk görüşünü keçirib.  

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan təcrübəli idmançının rəqibi hindistanlı Kaur Navyot olub. Görüş Manolovanın vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 5:0.

Manolovanın növbəti rəqibi Kadriye Aksoy olacaq.


11:17***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Tatyana Omelçenko 1/8 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının rəqibi vyetnamlı Ti Huonq Dao olub. 

Görüş Omelçenkonun qələbəsi ilə yekunlaşıb - 10:2.


10:48***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Səbirə Əliyeva 1/8 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 76 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançının rəqibi almaniyalı dünya çempionu Aline Rotter Fokken olub. Görüş Fokkenin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 0:11.


10:43***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Alyona Kolesnik 1/8 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı KXDR təmsilçisi İn Sun Yonq ilə üz-üzə gəlib. 

Görüş Yonqun vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 11:0.


10:19***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Tatyana Omelçenko mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı təsnifat mərhələsində yeni zelandiyalı Ana Paulina Mokeyevanı sınağa çəkib. Görüş Omelçenkonun vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 6:0.

Onun 1/8 finaldakı rəqibi vyetnamlı Ti Huonq Dao olacaq.


10:10***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Səbirə Əliyeva mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 76 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı təsnifat mərhələsində cənubi koreyalı Eunju Hvanqla görüşüb. Qarşılaşma Əliyevanın qələbəsi ilə yekunlaşıb - 5:2.

1/8 final mərhələsində rəqib almaniyalı Aline Rotter Fokken olacaq.


09:49***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Alyona Kolesnik ilk görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı təsnifat mərhələsində ukraynalı İrina Çixradze ilə üz-üzə gəlib. 

Görüş Kolesnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 5:0. Onun 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq.


09:12***

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bu gün daha 4 çəki dərəcəsində qadın güləşçilər mübarizəyə başlayacaqlar.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.

57 kq-da Avropa çempionatlarının üçqat və "Minsk 2019" II Avropa Oyunlarının bürünc mükafatçısı Alyona Kolesnik çıxış edəcək. Onun təsnifat mərhələsinə təsadüf edən ilk görüşdə rəqibi ukraynalı İrina Çixradze olacaq.

59 kq-da "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa çempionatının bürünc medalçısı Tatyana Omelçenko təsnifat mərhələsində yeni zelandiyalı Ana Paulina Mokeyevanı sınağa çəkəcək.

65 kq-da son Avropa çempionu və Bakıdakı islamiadanın qalibi Elis Manolova 1/8 finalda hindistanlı Kaur Navcotla qarşılaşacaq.

76 kq-da isə gənclər arasında Avropa çempionu, böyüklər arasında isə Avropa çempionatının bürünc, islamiadanın gümüş mükafatçısı Səbirə Əliyeva təsnifat mərhələsində cənubi koreyalı Eunju Hvanqla görüşəcək.

Dünya çempionatı
18 sentyabr

57 kq
Təsnifat. Alyona Kolesnik - İrina Çixradze (Ukrayna)

59 kq
Təsnifat. Tatyana Omelçenko - Ana Paulina Mokeyava (Yeni Zelandiya)

65 kq
1/8 final. Elis Manolova - Kaur Navyot (Hindistan)

76 kq
Təsnifat mərhələsi. Səbirə Əliyeva - Eunyu Hvanq (Cənubi Koreya)

Bu çəkilərdən 57 kq və 76 kq-da yarımfinaladək və ya son təsəlliverici görüşədək irəliləyənlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 59 kq və 65 kq isə qeyri-olimpiya çəkiləridir.

Bu gün həm də Mariya Stadnik 50 kq çəki dərəcəsində final görüşünə çıxacaq. Onun rəqibi dünya və Avropa çempionatlarının mükafatçısı, rumıniyalı Emilia Alina Vuç olacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq görüşü İTV canlı yayımlayacaq.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031