Dünya bu görüntülərdən danışır - Sadəcə ağzı və burnu görünürdü - VİDEO

Dünya bu görüntülərdən danışır - Sadəcə ağzı və burnu görünürdü - VİDEO

 

Suriyada Əsəd rejiminin hava hücumundan sonra yerlə yeksan olan binanın dağıntıları altında qalan qız möcüzəvi şəkildə xilas edilib.

Milli.Az "Mirror"a istinadla bildirir ki, xilasetmə dəstəsinin üzvü əlləri ilə beton qırıntılarını qazıb. O əvvəlcə uşağın burnunu və ağzını görüb. İşçi dərhal qızın ağzına və burnuna dolan beton qırıqlarını təmizləyib. 

Əgər o, bir neçə dəqiqə geciksəydi, qız nəfəs ala bilmədiyinə görə həyatını itirəcəkdi. Çünki uşağın ağzına və burnuna dolan beton qırıqları onun nəfəs almasına imkan vermirdi.

Üzü-gözü qan içində olan qızı dağıntılar altından xilas edən işçi onu qucaqlayıb və oradan uzaqlaşıb.

 

Qeyd edək ki, həmin hücum nəticəsində 4 nəfər həyatını itirib.

 

OXŞAR XƏBƏRLƏR