Dünya Bankı: Bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi

Dünya Bankı: Bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, bank tərəfindən Sumqayıt Kimya Sənaye Parkı üçün texniki dəstək göstərilib və hazırda "Abşeron göllərinin bərpası" layihəsi üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır.

Ş.Mustafayev neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Bildirilib ki, hazırkı iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək tədbirləri daha da gücləndirilib, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apelyasiya şuraları yaradılıb.

Nazir yeni iqtisadi şəraitdə Dünya Bankı ilə daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatlarda, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım M.Tembo Azərbaycanın iqtisadi sahədə gördüyü işləri yüksək qiymətləndirib, bankın bu addımları dəstəklədiyini bildirib. O vurğulayıb ki, əgər bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi. Bu qabaqlayıcı tədbirlər neqativ xarici iqtisadi təsirləri əsasən neytrallaşdırmağa imkan yaradıb. Hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Xanım M.Tembo Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətə, proqramlara, eləcə də özəl sektora Dünya Bankının dəstək göstərməyə hazır olduğunu qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...