Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi

Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi
Məlum olduğu kimi, Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə - milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq - Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır.

Belə ki, bu xüsusda, dünya azərbaycanlıları Türkiyənin "yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədi ilə "hərəmiz bir fidan olaq” adlı kompaniyaya start verib.

Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaq.

OXŞAR XƏBƏRLƏR