Dördüncü sinif şagirdlərinin beşdə bir hissəsi oxumağı bacarmır

Dördüncü sinif şagirdlərinin beşdə bir hissəsi oxumağı bacarmır
Azərbaycanda dördüncü sinifdə oxuyan hər beş şagirddən dördü oxu bacarığına malikdir.

 Bu göstəricilər YUNESKO-nun Statistika institutunun BMT-nin davamlı inkişaf sahəsində dördüncü hədəfinə, yəni keyfiyyətli təhsilə daha dəqiq desək, hərtərəfli, ədalətli, keyfiyyətli təhsilin təmin olunması, insanların həyatı boyu oxumağa həvəsləndirilməsinə həsr olunmuş hesabatında öz əksini tapır.

Təqdim olunmuş hesabata görə, ölkədə dördüncü sinif şagirdlərinin 80%-i minimum (təməl) oxu səviyyəsini mənimsəyib. 

Media.Az-ın məlumatına görə, Azərbaycan bu baxımdan tədqiqata cəlb olunmuş ölkələr arasında orta göstəriciyə malikdir.

YUNESKO-nun hesabatı Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiyanın xətti ilə müxtəlif ölkələrdə aparılmış araşdırılmaların nəticələrinə söykənir.

Azərbaycanın təhsil üzrə eksperti Nadir İsrafilov açıqlanan nəticələrə şübhə ilə yanaşır:

 "Belə araşdırma müxtəlif qurumlar tərəfindən aparılsa da, ölkəmizdə dördüncü sinifdə oxuyan hər beşinci şagirdin oxuya bilmədiyi haqqında deyilənlər inandırıcı gəlmir. Məncə, belə statistikaya heç birinci siniflər arasında da də rast gəlmək olmaz”.

Bu mövqeyini o təhsil sahəsində aparılan işlərlə əsaslandırıb. Ekspertin sözlərinə görə, statistikaya əsasən, uşaqların 75%-i  məktəbəqədər təhsil alır. Söhbət oxu bacarığından yox, hansısa xüsusi bacarıqlardan gedə bilər:

"Yəqin oxu bacarığı yox, düzgün, intonasiyalı oxunuş  və s. nəzərdə tutulur. Ancaq dördüncü sinif şagirdlərinin beşdə bir hissəsinin oxuya bilmədiyini demək, ədalətsizlik olar”,- deyə N.İsrafilov bildirib.

Onun sözlərinə görə, ölkədə uşaqların savadlılıq səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlər görülür, məktəbəqədər təhsilə xüsusi diqqət ayrılır. 2020-ci ilə kimi uşaqların 90%-nin məktəbəqədər təhsillə təmin olunması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...