“Dördgünlük müharibə”nin daha bir SİRRİ AÇILDI: Putinin Qarabağ planı ÜZƏ ÇIXIR

“Dördgünlük müharibə”nin daha bir SİRRİ AÇILDI: Putinin Qarabağ planı ÜZƏ ÇIXIR
"Rusiya Ermənistanı tamamilə nəzarətə götürmək üçün qarşıdakı parlament seçkilərinə müdaxilə edir”.
Sfera.az xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun Krım xidmətinə açıqlamasında "Avropa seçimi” fondunun rəhbəri, erməni ekspert Tiqran Xzmalyan deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanı parlament respublikasına çevirərək, "Lukaşenko sindromu”nun qarşısını almaq niyyətindədir. Artıq Serj Sarkisyan Moskva üçün sərfəli deyil. Kreml amorf siyasi situasiyanın yaranmasında maraqlıdır, çünki belə olanda heç kim ona müqavimət göstərə bilməyəcək”,

Erməni ekspert xatırladıb ki, 2013-cü ildə İrəvan Avropa Birliyi ilə Assosiativ sazişdən imtina etdi və Avrasiya İqtisadi İttifaqına daxil oldu: "Həmin ilin sentyabr ayında Moskvadan qayıdan Sarkisyan parlament üsul-idarəsinə keçidlə bağlı referendumun keçirilməsini elan etdi. Həmin vaxt Avropa Birliyindən imtina fonunda heç kim referendum məsələsinə diqqət yetirmədi. Ermənilərin hamısı ölkədə seçkilərin saxtalaşdırılnması haqqında danışır və qeyd edirdilər ki, xalq idarəçiliyi mümkün deyil. Lakin referendum məsələsi Putinin Sarkisyan qarşısında qoyduğu əsas şərtlərdən biri idi. Kreml bunu "Lukaşenko sindromu”ndan qaçmaq üçün etdi”.

Tiqran Xzmalyanın fikrincə, Moskvanın Ermənistanda idarə üsulunun dəyişdirmək istəyi ötən ilin yazında – "dördgünlük müharibə” zamanı aydınlaşdı.

"Müharibə zamanı Azərbaycan iki nöqtədə güclü idi. Biri İranla sərhəddə, digəri isə Bakı-Ceyhan neft kəmərinin yaxınlığındakı şimal sərhədində. Hər iki nöqtəyə nəzarət Kreml üçün inanılmaz dərəcədə əhəmiyyətli idi. Bununla belə, Sarkisyan müharibənin gedişində Putinin istəyini yerinə yetirmədi. Hansı ki, Putin Sarkisyanın rus "sülhməramlıları”nı dəvət etməsini istəyirdi. Görünür, bu, Putin üçün xüsusi "qara nişan” oldu və o, həmin vaxt Sarkisyanı əvəz etməyə qəti qərar verdi”, - deyə o vurğulayıb.

Erməni ekspert diqqətə çatdırıb ki, hazırda Moskvanın əlində Ermənistan parlamentinə nəzarət etməyə imkan verən kifayət qədər vasitə var: "İndi prezident faktiki olaraq nominal fiqur olacaq, əsas lider baş nazir olacaq. Yəni seçkidə qalib gəlmiş partiyanın lideri. Bu da Ermənistanın hazırkı baş naziri Karen Karapetyandır. O, "Qazprom”un direktorlar şurasının tərkibinə daxil idi. Seçki gününün 2 aprelə, yəni aprel döyüşlərinin başlanğıcı gününə təyin edilməsi də diqqət çəkir. Aprel seçkiləri Ermənistanı qəti şəkildə Rusiyanın "quberniyası”na çevirə bilər”.

Beynəlxalq münasibətlər üzrə erməni ekspert Aqasi Yenokyan da parlament seçkilərinin Ermənistan üçün mənfi nəticələr verəcəyini deyib.

Onun fikrincə, Ermənistan tamamilə Rusiyanın əlinə keçəcək.

"Bu seçkidən sonra parlamentin əksəriyyəti Putinin azarkeşlərindən ibarət olacaq”, - deyə o bildirib.(publik.az)

OXŞAR XƏBƏRLƏR