“Döyülsələr də bunu valideynlərinə demirlər” – Varlı və ya kasıb olmağımız uşaqların psixologiyasına necə təsir edir?
12:42 / 07.12.2021
945
Sağlam övlad
dünyaya gətirmək, onu cəmiyyətə yararlı fərd kimi böyütmək hər bir valideynin
istəyi, hətta vətəndaşlıq borcudur. Lakin bu da bir həqiqətdir ki, heç də bütün
valideynlər eyni maddi imkana malik olmur. Düyanın hər bir yerində olduğu kimi
ölkəmizdə də varlı və kasıb ailələr mövcuddur.
Mövzu ilə bağlı
Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, uşaqların yetişməsində
onların valideynlərinin maddi vəziyyəti mühüm rol oynayır:
"Varlı və
kasıb psixologiyası bu gün dünya miqyasında müzakirə edilən bir məsələdir. Yəni
bu təkcə uşaqlara deyil, həm də böyüklərə şamil edilə bilər. Şübhəsiz ki, varlı
və kasıb ailələrin övladlarında fərq olur. Əvvəla, onu qeyd
etmək lazımdır ki, ailələr maddi vəziyyətindən asılı olaraq ailələr övladlarını
fərqli metodlarla tərbiyə edir. Ailənin maddi vəziyyətinin yaxşı olması, fərdin
uşaq yaşlarından istəklərinə nail olması, hər şeyin ən yaxşısını əldə etməsi
kimi məsələlərə təsir edir. Misal üçün, belə uşaqlar daha bahalı məktəblərdə
oxuyur, təhsilindən əlavə asudə vaxtlarını daha səmərəli keçirir, hətta ailəsi
ilə belə daha çox vaxt keçirə bilir. Belə uşaqlarda tədricən özünəinam da yüksək
olur və gələcəkdə bu onun kariyerası və həyatına təsir edir. Təəssüf ki, belə
uşaqlarda bəzən özünəinam həddindən artıq olur və ətrafındakı digər uşaqları əzməyə,
fiziki zorakılıq etməyə cəsarətlənir”.
Psixoloq deyir
ki, yoxsul ailədə dünyaya gələn uşaqlarda isə tam fərqli mənzərənin şahidi
oluruq:
"Bir çox
hallarda belə uşaqlarda özünəinam çox aşağı olur. Belə uşaqlar təkcə psixoloji
deyil, ətrafındakı digər uşaqların fiziki zorakılığına məruz qaldıqda, bu halı
valideynlərinə demir. Çünki valideynlərdən birinin bəzən isə ikisinin də işləməsi,
övladlarına vaxt ayıra bilməməsi kimi hallar belə uşaqların içə qapanıq olması
ilə nəticələnir. Zamanla bu problem onların şəxsiyyətinə də təsir edir və tədricən
özünə inamsız, qapalı fərd halına gəlirlər”.
Psixoloq hesab
edir ki, ailənin maddi vəziyyətinin aşağı və ya yüksək olmasından asılı
olmayaraq uşaqlara diqqət, qayğı eyni olmalıdır:
Turan Rzayev