Dövlət qurumunda sturuktur islahatları başlandı - YENİ TƏYİNATLAR

Dövlət qurumunda sturuktur islahatları başlandı - YENİ TƏYİNATLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus "Aztelekom” MMC-də struktur istahatları və vəzifə təyinatları aparılıb.

Sfera.az-ın "Report”a istinadla verdiyi məlumata görə, qurum tərkibində yeni "Şimal-Şərq Regional Filialı" yaradılıb.

Bu filial özündə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz Telekommunikasiya Qovşaqlarını birləşdirir. Ona rəhbərlik Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanova həvalə edilib.

Bundan başqa, bir qədər əvvəl yaradılmış "Aran Regional Filialı”na da rəhbər təyin edilib. Bu vəzifəyə Yevlax Telekommunikasiya Qovşağının rəisi Kərəm İbrahimov gətirilib. Xatırladaq ki, "Aran Regional Filialı” özündə Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam Telekommunikasiya Qovşaqlarını birləşdirir.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...