Dövlət Dumasının deputatı: “Rusiya və Azərbaycan əməkdaşlığı inkişaf etdirəcək”

Dövlət Dumasının deputatı: “Rusiya və Azərbaycan əməkdaşlığı inkişaf etdirəcək”
 "Qardaş Azərbaycan xalqını, Azərbaycan Prezidenti İlham Əliyevi və ailəsini Respublika Günü münasibətilə təbrik edirəm. Bu gün Azərbaycan bayramı postsovet məkanında ən uğurlu iqtisadiyyata malik ölkələrdən biri kimi qarşılayır”.

Sfera.az xəbər verir ki, bunu Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair onlayn formatda keçirilən mətbuat konfransında Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir: "Dövlət Duması ilə Milli Məclis arasında mövcud olan münasibətlərdən məmnunam. Bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edirik və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəyik”.

"Bu gün Azərbaycan bütün region ölkələrinin, o cümlədən Rusiya Federasiyasının karbohidrogen istehsalı və tədarükü sahəsində işləmək və əməkdaşlığı uğurla inkişaf etdirmək istədiyi ölkədir. Azərbaycan təkcə rusiyalıları üçün yox, həm də postsovet məkanından gələnlər üçün turizm mərkəzidir. Kurortlar yaxşı inkişaf edir. Əlbəttə, koronavirus pandemiyası turizm sənayesini yavaşlatdı, amma turistlərin yenidən eyni sürətlə Azərbaycana axışacağı gün də uzaqda deyil”, - deputat deyib.

L.Slutski ölkələr arasındakı əməkdaşlığın ildən-ilə inkişaf etdiyini vurğulayıb: "Bu, təkcə neft-qaz sənayesini, sərhədyanı ticarəti yox, həm də yüksək texnologiyalar sferasını, kosmik və bir çox digər sahələri əhatə edir. Rusiya və Azərbaycan bütün cəbhələrdə ahəngdar, tarazlı və sürətlə inkişaf edən əməkdaşlığın nümunəsidir”, - deyə o, fikrini yekunlaşdırıb. (report.az)

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...