\"Doğum evlərində süni uşaq qidaları satılır?\" - Nazir müavini cavab verdi

\

Səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlət doğum müəssisələrində ayrı-ayrı şirkətlər tərəfindən valideynlərə yenidoğulanların qidalandırılması üçün süni uşaq qidalarının satılmasına münasibət bildirib.

Sfera.az trend-ə istinadən xəbər verir ki, E.Ağayev deyib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər: "Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin. Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisinin 12-14 faiz olduğunu bildirib.

 

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı qeyd edib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.



OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...