Doğum evində kişini qadın bilib əməliyyat etdilər - FOTO

Doğum evində kişini qadın bilib əməliyyat etdilər - FOTO

"Oturmuşdum dəhlizdə, arvadımın əməliyyatını gözləyirdim. Birdən iki həkim mənə yaxınlaşdı, "Gəlin, növbənizdir" dedilər. Məni bir palataya aparıb çarpayıya uzatdılar. Tibb bacıları məni soyundurmağa başladılar. Elə bildim arvadımın əməliyyatı ilə bağlı prosedurdur, ona görə şübhələnmədim. Sonra huşumu itirdim. Ayılanda gördüm ki..."

Çinin Şenyan vilayətindəki Hunnan şəhərində misli-bərabəri olmayan hadisə yaşanıb. Arvadını doğum evinə aparan və orada ilk övladının dünyaya gəlməsini gözləyən kişini əməliyyat ediblər.

29 yaşlı Van Szin hemorroidal şiş diaqnozu ilə əməliyyata məruz qalıb. Onu səhv əməliyyat ediblər.

Xəstəxana yanlışlığını etiraf edib və mənəvi təzminat qismində Van Szinə 5 min yuan (700 dollar) məbləğində təzminat təklif edir.

"Cənab Vandan üzr istəyirik. Həmin an hemorroidal şişin kəsilməsi ilə bağlı bir pasiyent növbə gözləyirdi. Həkimlərimiz pasiyentləri səhv salıblar", - xəstəxana rəhbərliyinin açıqlamasında deyilir.
Vanın xanımı isə dünyaya sağlam oğul gətirib.(publika.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...