AdRiver
Dostu beş arvadı olan xalq artistinin sirrini açdı: “Qadınlar ondan ötrü ölürdü”

Dostu beş arvadı olan xalq artistinin sirrini açdı: “Qadınlar ondan ötrü ölürdü”

Bu gün xalq artisti Hacıbaba Bağırovun doğum günüdür. 

Sfera.az bildirir ki, Yenicag.az-a açıqlama verən əməkdar artist, tanınmış aktyor Novruz Qartal sənət dostunu yad edib:

"Hacıbaba ilə uzun illər dost olmuşuq. Sirrimiz, sözümüz bir olub. Rəhmətlik çox şirin insan idi. Xüsusən də, xanımlar onu çox sevirdi, ölürdülər ondan ötrü. Hərdən zarafatla deyirdim ki, bu qadınlar səndə nə tapıb e, qız olsaydın, bu sir-sifətlə ömür-billah evdə qalardın. Zarafatımdan hirslənirdi. Özünün də iki hobbisi vardı: qadınlar və gözəl geyinmək. Beş arvadı olub, hamısı ilə də nikah kəsdirib. Bir xanımı rus olub, qalanları azərbaycanlı. Rus qadından dünyaya gələn oğlu elə bil atası ilə bir almanın yarısıdır. Çox oxşayırlar. Həyat yoldaşları da hamısı ziyalı qadınlar idi. Hacıbaba kişi kimi xoşbəxtliyini sonuncu həyat yoldaşı Arzuda tapdı. Çox qəribədir ki, o boyda sənətkar ölümdən çox qorxurdu. Mənə deyirdi ki, ölümü heç cür təsəvvür edə bilmirəm. Yaşamaq həvəsi çox güclü idi. Yeni evlilik, dünyaya gələn qızı Şölə onu yaşamağa ruhlandırırdı”.

DİGƏR XƏBƏRLƏR


---