“Donuz qripi” təhlükəsi qapımızı döyür- Sərhədləri bağlayaqmı?

“Donuz qripi” təhlükəsi qapımızı döyür- Sərhədləri bağlayaqmı?
"Belə bir sərt formadan istifadə etməklə prosesin qarşısını almaq mümkün deyil”
 
Sfera.az-a açıqlamasında bu sözləri Gürcüstanda baş qaldıran "donuz qripi”nin hələ də lokallaşdırılmaması, onun hətta bu dövlətdə yaşayan azərbaycanlılar arasında yayılması fonunda, iki ölkə arasında sərhədin müvəqqəti də olsa bağlanmalı olub-olmaması məsələsinə münasibət bildirərkən əslən Bolnisi bölgəsindən olan iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Həmsöhbətimizin fikrincə, sadəcə olaraq sanitar-epidemoloji nəzarət daha da gücləndirilməli,  sərhədi keçənlər analiz verməli, 1-2 sutkalıq karantinə alınmalıdırlar:   
 
"Gürcüstanda "donuz qripi” ilə bağlı vəziyyət doğrudan da gərgindir.  Bu fonda "donuz qripi” kəskin epidemiya xarakteri alsa, daha çox kütləviləşsə təbii ki, sərhəd-keçid məntəqələrində ən azından sanitary-epidemoloji nəzarətin ciddi şəkildə gücləndirilməsinə ehtiyac var. Yəni Gürcüstana keçən və Azərbaycana qayıdan vətəndaşların nəzarətdən keçməsi, hətta analizlərin verilməsinə ehtiyac var ki, həmin virus ölkəmizə yayılmasın. Həmçinin, müvəqqəti də olsa Gürcüstandan gətirilən ərzaq məhsullarına qadağa qoyulmalıdır. Çünki virusun ərzaq məhsulları, əsasən də ət məhsulları vasitəsilə  yayılması ehtimalı da var. Ona görə də nəzarət gücləndirilməlidir”. 
 
N. Cəfərli bu fonda sərhədin müvəqqəti də olsa bağlanmasına hələlik lüzum görmür:  
 
"Hər halda sərhədlərin müvəqqəti də olsa bağlanması, bu istiqamətdə məhdudiyyət qoyulması kimi çox sərt addımın atılmasına hələlik ehtiyac olduğunu düşünmürəm. Bu addım dövlətrlərarası münasibətlərə də mənfi təsir göstərə bilər. Prosesin belə bir sərt formadan istifadə etməklə qarşısını almaq mümkün deyil. İndiki halda çıxış yolu nəzarətin sərtləşdirilməsi və izahat işlərinin aparılmasından keçir. Əsasən də sərhədyanı bölgələrdə yaşayanlarla ciddi profilaktik işlər aparılmalıdır. A(H1N1) virusu çox tez yayılan və kifayət qədər təhlükəli virusdur. Ona görə də ən azından sərhəd-keçid məntəqələrində sanitar-epodemoloji nəzarət ciddi şəkildə gücləndirilməlidir.  Hətta müvəqqəti olaraq məcburi qaydada insanların analiz verməsi və azı 24-48 saat ərzində karantin altına alınmalarına ehtiyac var. Virus aşkarlanan şəxslər həmən digərlərilə təmaslardan uzaqlaşdırılmalıdır. Gürcüstanda baş verən proseslər onu deməyə əsas verir ki, hələlik vəziyyət düzəlməyib, əksinə daha da gərginləşməyə doğru gedir. Deməli, bu ölkədə vəziyyət hələlik lokallaşmayıb”. 
 
Qeyd edək ki, qonşu Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda iki nəfər azərbaycanlı da "donuz qripi” adlanan A (H1N1) virusuna yoluxub. 59 yaşlı kişi və 39 yaşlı qadın qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdiriliblər. Həkimlərin bildirdiyinə görə, həmin şəxslərin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunurlar. Onların A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiqini tapıb. 
 
Bu günə qədər Gürcüstanda yayılan "donuz qripi”ndən 17 nəfər dünyasını dəyişib. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...