Dollarla bağlı yeni xəbər - VİDEO

Dollarla bağlı yeni xəbər -  VİDEO

Dolların uçot dərəcəsi sabit qaldı.

ABŞ-ın Federal Ehtiyyat Sistemi dolların uçot dərəcəsini yüksəltmədi. Bəs bu qərar Azərbaycan iqtisadiyyatına və neft qiymətlərinə necə təsir edəcək? “Xəzər Xəbər” bu suala ekspertlərlə birgə cavab axtarıb.

Amerika Birləmiş Ştatların mərkəzi bankı hesab edilən Federal Ehtiyyat Sistemi son iclasında dolların uçot dərəcəsini olduğu kimi saxladı. Qurumun uçot dərəcələrini sabit saxlaması dünya iqtisadiyyatına dərhal öz təsirini göstərdi.

Ənənəvi olaraq dolların sabit qalması digər valyutaların bahalaşmasına, neftin qiymətinin isə artmasına səbəb oldu. Federal Ehtiyyat Sisteminin son qərarı Azərbaycan iqtisadiyyatına da təsir edəcək.

Lakin neft qiymətlərində artımın böyük ölçüdə olmayacağı gözlənilir.

Bu qərarın müsbət tərəflərindən biri də dollar qarşısında milli valyutaların ucuzlaşmasının dayanmasıdır.Bu Azərbaycanın ixrac potensialını daha da artırmağa imkan verəcək.

Ancaq mütəxəssislər düşünür ki, Federal Ehtiyyat Sistemi dolların uçot dərəcəsini növbəti ay artıra bilər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR