Dolların limitlə satışına başlandı – «EXCHANGELƏR»DƏ SON VƏZİYYƏT
06:06 / 12.01.2016
846
Həftənin ilk iş günü Bakının valyutadəyişmə məntəqələrində dolların limitlə satışına başlanıb. Fins.az-ın müşahidələrinə görə, şəhərin mərkəzindəki valyuta dəyişmə məntəqələrinin bəziləri ümumiyyətlə işə başlamayıb. Fəaliyyət göstərən məntəqələrdə dollar 1,56 manatdan alınır, 1,626 manatdan satılır. Amma dollar satışında limit tətbiq edilib. Belə ki, məntəqələrdə adambaşına 300-500 dollardan artıq dollar dəyişdirilmir. Fins.az əməkdaşının məlumatına görə, valyuta almaq istəyənlərin sayı böyük olduğundan məntəqənin qarşısında növbə var.