Dolları olanlar, OXUYUN: Manatın aqibəti necə olacaq? - Gələn il üçün proqnoz

Dolları olanlar, OXUYUN: Manatın aqibəti necə olacaq? - Gələn il üçün proqnoz
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. FED uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyətinin proqnozlarına əsasən, gələn il ərzində uçot dərəcəsini üç dəfə - 2,25%-dək artırılacaq. Komitənin dörd üzvü isə 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etmir.
İqtisadçı Natiq Cəfərli FED-in qərarının dollara təsiri ilə bağlı açıqlamasında Metbuat.az-a bildirib ki, FED-in uçot dərəcəsini artırması öncədən bilinirdi:

"Qərar maliyyə bazarlarında ciddi dəyişikliyə səbəb olmadı. İnsanlar gələn ilin yol xəritəsində 4 dəfə faiz artımının olacağını gözləyirdi. Amma bu, baş vermədi. Gələn il 3 faiz artımının olacağı deyildi. Çox güman ki, gələn il 3 dəfə - mart, sentyabr, dekabr aylarında faiz artımı olacaq. Növbəti ildə hər dəfə 0,25% olmaqla artımlar olacaq. Bu, dünyada gələn il dolların möhkəmlənməsi deməkdir. Dollar möhkəmlənməyə davam etdikcə, digər ölkələrin milli valyutalarına təsir etməyə başlayacaq. Dolların dünyada möhkəmlənməsi digər valyutalar qarşısında dəyər qazanmasına səbəb olacaq.

Azərbaycana təsiri...

Azərbaycana bu qərarın birbaşa təsiri yoxdur. Çünki Azərbaycanda onlayn şəkildə fəaliyyət göstərən valyuta birjası yoxdur. İstənilən halda, dünya ölkələrində baş verən proseslər Azərbaycana da təsirsiz ötüşmür. Əsasən də qonşu Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan kimi ticarət tərəfdaşı ölkələrdə milli valyutanın dəyərdən düşməsi Azərbaycan manatına da təzyiqləri artıracaq. Amma kəskin devalvasiya olacağını düşünmürəm. Azərbaycanın valyuta məzənnələri FED-dən çox neftdən asılıdır. Hazırda neftin qiyməti kifayət qədər yüksək səviyyədə olduğu üçün xarici gəlirlərimiz artır. Kəskin addımların olmayacağını indidən söyləmək mümkün deyil. Hər şey neftdən asılı olacaq. Neft qiymətləri kəskin enməsə, Mərkəzi Bank əlində olan imkanlarla gələn il yumşaq şəkildə məzənnəni idarə edəcək”.

Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...